Çempionlar Liqasının bütün yarımfinalçıları müəyyənləşib
10.04.2008 - 10:30
UEFA Çempionlar Liqasının (ÇL) daha bir yarımfinal cütünün tərkibi müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, ¼ final mərhələsi çərçivəsində ikinci oyun günündə keçirilən cavab görüşlərində İspaniyanın “Barselona” və İngiltərənin “Mançester Yunayted” klubları növbəti mərhələyə vəsiqəni rəsmiləşdiriblər. “Barselona” ilk matçda olduğu kimi, cavab qarşılaşmasında da Almaniyanın “Şalke-04” komandasını 1:0 hesabı ilə məğlub edib. Eyni hesab “Mançester Yunayted”in “Roma” ilə görüşündə qeydə alınıb. Beləliklə, ötən il olduğu kimi, İngiltərənin üç klubu – “Liverpul”, “Çelsi” və “Mançester Yunayted” yarımfinala vəsiqə qazanıb. Fərqli məqam isə onlara qarşı “Milan” (İtaliya) komandasının yox, İspaniya vitse-çempionu “Barselona”nın mübarizə aparacağı ilə bağlıdır.
“Barselona” (İspaniya) – “Şalke-04” (Almaniya) – 1:0
Yaya Ture, 43
“Mançester Yunayted” (İngiltərə) – “Roma” (İtaliya) – 1:0
Karlos Teves, 70
De Rossi (“Roma”) 30-cu dəqiqədə penaltidən yararlana bilməyib.
Beləliklə, aprelin 22-də və 23-də keçiriləcək yarımfinal qarşılaşmalarında “Liverpul” “Çelsi”ni, “Barselona” isə “Mançester Yunayted”i qəbul edəcək.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0