Otüstü Hokkey Federasiyasının vitse-prezidenti: “Pekin olimpiadasına lisenziyanın taleyi Azərbaycanla İspaniya yığmalarının oyununda aydınlaşacaq”
11.04.2008 - 12:31
Bakı. Kənan Həsənov – APA-Sport. “Turnirə yüksək səviyyədə hazırlıq gedib. Bütün problemlər yoluna qoyulub. Bakıda ilk dəfə hokkey üzrə belə nüfuzlu yarış keçiriləcək. Milli komandamızın hazırlığı da yüksək səviyyədədir”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri bu gün təşkil olunan mətbuat konfransında Otüstü Hokkey Federasiyasının vitse-prezidenti Namiq Əliyev söyləyib. Federasiya rəsmisi yığmamızın sabah start götürəcək olimpiya təsnifat turnirində lisenziya qazanmaq gücündə olduğunu bildirib: “Komandamızın turnirin favoritlərindən biridir. Bunu qarşıdakı günlərdə özünüz də görəcəksiniz. Əsas rəqibimiz isə İspaniya yığmasıdır. Fikrimcə, Pekin olimpiadasına yeganə lisenziyanın taleyinə bu iki komanda arasında aydınlıq gələcək”. N.Əliyev uğursuzluq təqdirində yığmanın pakistanlı baş məşqçisi Tahir Zamanın məsələsinə baxılacağını da qeyd edib: “Məşqçimizlə bu ilin sonunadək müqaviləmiz var. Amma komandamız lisenziya qazana bilməsə, onun işinə yenidən baxmalı olacağıq. Bizim arzumuz ilk dəfə olimpiadada komanda şəklində təmsil olunmaqdır. Yalnız yaxşı sonluğa ümid edirik”.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0