Teymur Rəcəbov Rusiya çempionu olub
13.04.2008 - 10:55
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Soçi şəhərində təşkil edilən şahmat üzrə klublararası Rusiya Premyer Liqasında 10-cu turun oyunları başa çatıb. “APA-SPORT” agentliyinin məlumatına görə, Azərbaycan yığmasının üzvü Teymur Rəcəbovun çıxış etdiyi “Ural” klubu növbəti qələbəsini qazanmaqla son turun nəticəsindən asılı olmayaraq, Rusiya çempionu adını və klublararası Avropa çempionatında çıxış etmək hüququ qazanıb. TPS-lə 3:3 hesablı heç-heçə sayəsində xal ehtiyatını 16-ya çatdıran T.Rəcəbovun komandası izləyiciləri üçün əlçatmaz olub. Vüqar Həşimovun şərəfini qoruduğu “Şatar-Metropol” isə “ŞSM”i 4:2 hesabı ilə məğlub edib. Qrossmeysterimiz Aleksandr Onişukla heç-heçə edib. Şəhriyar Məmmədyarovun lideri olduğu “Spasio-Swis” 10-cu tur çərçivəsində “Politexnika ilə 3:3 hesablı heç-heçə oynayıb. Şahmatçımız Boris Qraçevla bərabərliklə ayrılıb. Son tur ərəfəsində həm V. Həşimov, həm də Ş. Məmmədyarovun çıxış etdiyi komanda reqlamentə əsasən, klublararası Avropa çempionatında çıxış etmək hüququ verən ilk dörd yeri tutmaq şansını qoruyur. Belə ki, “Şatar-Metropol” və “Spasio-Swis” 12 xal toplamaqla TPS klubu ilə birgə 4-cü yeri bölüşür.
Qeyd edək ki, bu gün keçirilən son turda “Şatar-Metropol” TPS, “Spasio-Swis” “Ekonomist-1”, Rusiya çempionu “Ural” isə FİNEK-lə qarşılaşacaq.
Qeyd edək ki, bu gün keçirilən son turda “Şatar-Metropol” TPS, “Spasio-Swis” “Ekonomist-1”, Rusiya çempionu “Ural” isə FİNEK-lə qarşılaşacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0