Azərbaycan gimnastı Aliyə Qarayeva dünya kubokunun bürünc medalına sahib çıxıb
14.04.2008 - 11:41
Bakı. Kənan Həsənov – APA-Sport. Sloveniyanın Maribor şəhərində bədii gimnastika üzrə dünya kubokunun növbəti mərhələ yarışı keçirilib. “APA-Sport” agentliyinin Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, milli komandamızın lideri, Avropa çempionu Aliyə Qarayeva gürzlə finalda 18,25 xal toplayaraq üçüncü yeri tutub. Həmyerlimiz lentlə hərəkətlərdə 4-cü, iplə 6-cı, halqa ilə 8-ci olub. A.Qarayeva, həmçinin çoxnövçülük üzrə yarışı 71,05 xalla 5-ci pillədə başa vurub. Yığmamızın digər üzvü Anna Qurbanova 33 gimnastın mübarizəsində 65,375 xalla 13-cü yeri tutub.
Paralel olaraq, Yunanıstanın Kalamata şəhərində keçirilən beynəlxalq turnirdə isə Zeynəb Cavadlı çıxış edib. Çoxnövçülükdə 28 rəqibi arasında 10-cu olan gimnastımız, gürz və lentlə finalda isə 7-ci nəticə göstərib.
Paralel olaraq, Yunanıstanın Kalamata şəhərində keçirilən beynəlxalq turnirdə isə Zeynəb Cavadlı çıxış edib. Çoxnövçülükdə 28 rəqibi arasında 10-cu olan gimnastımız, gürz və lentlə finalda isə 7-ci nəticə göstərib.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0