Rusiya mətbuatı: Vladimir Putin Alina Kabaeva ilə evlənməyə hazırlaşır
15.04.2008 - 13:12
Moskva – APA. Fransa prezidenti Nikolya Sarkozinin ardınca Rusiya prezidenti Vladimir Putin də həyat yoldaşından boşanaraq məşhur bir xanımla evlənməyə qərar verib. APA-nın Rusiya KİV-lərinə istinadən xəbərinə görə, Putin tanınmış gimnast, Dövlət Dumasına “Vahid Rusiya”dan deputat seçilmiş Alina Kabaeva ilə evlənməyə hazırlaşır. Rusiya mətbuatı Vladimir Putinin həyat yoldaşı Lyudmila Putinadan iki ay əvvəl boşandığını vurğulayaraq bildirir ki, Moskvanın korporativ şənlik şirkətləri arasında yeni cütlüyün toyuna dair qapalı tender elan olunub. Toyun iyunun 15-də Sankt-Peterburqun Konstantinov sarayında keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Rusiyanın ən gözəl qadınlarından sayılan 1983-cü il təvəllüdlü Alina Kabaeva idmançı ailəsində dünyaya gəlib. Atası Marat Kabaev 1980-ci illərdə Daşkəndin “Paxtakor” komandasının hücumçusu, anası Lyubov Kabaeva isə Özbəkistanın basketbol üzrə yığma komandasının oyunçusu olub. Alina Kabaeva gimnastika üzrə Avropa və Olimpiya çempionu, Rusiya Dövlət Dumasının gənclər siyasəti komissiyasının sədr müavini, Putinin dostu Yuri Kovalçuka məxsus “Milli Mediaqrup”un şurasının sədridir.
Kreml Putin-Kabaeva sevgisinə dair xəbərlərə hələ ki, münasibət bildirməyib. Alina Kabaevanın mətbuat katibi xəbərləri təkzib etsə də, atası daha çox irəli gedib. Marat Kabaev “qızınızın prezident xanımı olmasına münasibətiniz necədir?” sualına sevincək olubmuş kimi “Putin yoxsa Medvedev” sualı ilə cavab verib. “Putin” cavabını eşidən keçmiş futbolçu səlahiyyət müddəti başa çatmaqda olan prezidentə məsləhət verməkdən də çəkinməyib: “Əgər qızım belə bir kişiyə ərə getsə, bundan yalnız şad olaram. Putin həqiqətən mənə oxşayır. Ancaq Vladimir Vladimiroviç bilməlidir ki, Alina ilə çox ehtiyatlı davranmaq lazımdır. Axı o, çox zərifdir”.

- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
0
0