Lisenziya xarakterli “Milone Trophy” turnirinə qatılacaq Azərbaycan güləşçiləri müəyyənləşib
17.04.2008 - 10:30
Roma. Elşən Məmmədov-APA-Sport. Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının mayın 9-da İtaliyanın paytaxtı Romada start götürəcək “Milone Trophy” turnirinə qatılacaq heyəti müəyyənləşib. “APA-Sport” agentliyinin Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının rəsmi saytına istinadən məlumatına görə, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli I təsnifat turnirində ölkəmiz 55 və 66 kq çəki dərəcələrində təmsil olunmayacaq. Bu, hər iki çəkidə pəhləvanlarımızın Pekin Olimpiadasına lisenziyanı təmin etmələri ilə bağlıdır. Ümumiyyətlə, yarışa 51 ölkənin Olimpiya Oyunlarına vəsiqə qazana bilmədiyi çəkilərdə idmançıları qatılacaqlar. Yığmamızın ilkin siyahısında Taleh İsrafilov (60 kq), İlqar Abdulov (74 kq), Şalva Qadabadze (84 kq), Denis Mişin (96 kq) və Anton Botevin (120 kq) adı göstərilib. Pekinə vəsiqə almaq üçün hər bir güləşçimiz öz çəkisində ilk dörd mükafatçı sırasında yer almalıdır.
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
0
0