Azərbaycanlı hakim Avropa çempionatının görüşlərini idarə edəcək
17.04.2008 - 11:42
Tbilisi. Elşən Məmmədov-APA-Sport. Azərbaycanlı sambo hakimi Cabir İsmayılova Avropa çempionatına dəvət gəlib. “APA-Sport” agentliyinin məlumatına görə, C.İsmayılov aprelin 28-də Gürcüstanın paytaxtı Tbilisidə start götürəcək qitə birinciliyində ölkəmizi təmsil edəcək yeganə referi olacaq. O, beş gün davam edəcək yarışın əsas hakimləri arasında yer alacaq. Ümumiyyətlə, Avropa çempionatında ədaləti 20 əsas və 5 ehtiyat hakim qoruyacaq. Baş hakim rusiyalı Vasili Perçik, baş katib isə moldovalı Mixail Jidelyov təyin edilib.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0