Vüqar Həşimovun hollandiyalı Yan Timman üzərində qələbəsi martın ən yaxşı oyunları siyahısına salınıb
17.04.2008 - 14:37
Bakı. Kənan Həsənov-APA-Sport. Rusiyanın “Chesspro” portalı martın ən yaxşı 16 oyununu müəyyənləşdirib. “APA-Sport” agentliyinin məlumatına görə, mütəxəssislər seçim zamanı ötən ay keçirilən nüfuzlu beynəlxalq turnirlərdə diqqət mərkəzinə düşən maraqlı görüşlərə üstünlük verib. Siyahıya yalnız milli komandamızın üzvü Vüqar Həşimovun iştirakı ilə baş tutan oyun salınıb. Beynəlxalq qrossmeysterimizin Marsel şəhərində keçirilən Fransanın klub çempionatında hollandiyalı Yan Timman üzərində 56-cı gedişdə rəsmiləşən qələbəsi fərqləndirilib.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0