Azərbaycan ilk dəfə Avropa çempionatında döyüş sambosu növündə təmsil olunacaq
17.04.2008 - 14:48
Tbilisi. Elşən Məmmədov-APA-Sport. Aprelin 28-də Gürcüstanın paytaxtı Tbilisidə start götürəcək Avropa çempionatında Azərbaycan idmançıları döyüş sambosu növündə də qüvvələrini sınayacaqlar. Bu haqda «APA-Sport» agentliyinə millimizin baş məşqçisi Mübariz İbrahimov məlumat verib. Onun sözlərinə görə, yarışda ölkəmiz 9 mümkün çəkidən yalnız 3-də - Mobil Hüseynov (68 kq), Elşən İbişov (74 kq) və Nadir Məmmədli (82 kq) ilə təmsil olunacaq. Döyüş sambosu üzrə görüşlər mayın 1-də keçiriləcək.
Qeyd edək ki, bu, ölkəmizin döyüş sambosu üzrə təmsil olunacağı ilk yarış olacaq.
Qeyd edək ki, bu, ölkəmizin döyüş sambosu üzrə təmsil olunacağı ilk yarış olacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0