Elman Rüstəmov: “Strategiyamız Bakını dünyanın şahmat mərkəzlərindən birinə çevirməkdir”
18.04.2008 - 11:34
“APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Milli Bankın İdarə Heyətinin sədri, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov deyib. Bu gün keçirilən mətbuat konfransında E.Rüstəmov bildirib ki, istedadlı şahmatçılara hərtərəfli dəstək vermək üçün xüsusi planlar hazırlanır: “Biz şahmata menecment gətirmək istəyirik. Çünki idmançılarımızın böyük istedadları və iddiaları var. Onlara daim dəstək olacağıq. Konkret elitaya daxil olan Şəhriyar Məmmədyarovla Teymur Rəcəbova hər məsələdə kömək edirik. Hazırda isə bu şahmatçıları xüsusi komanda ilə təmin etmək haqda düşünürük. Yəqin ki, yaxın aylarda bu istiqamətdə lazımi addımlar atacağıq. Şahmatın İnkişafı ilə bağlı Dövlət Proqramının qəbulu da bu yaxınlarda reallaşacaq. Artıq sənəddə əksini tapan bütün müddəalar razılaşdırılıb. Bakıda Şahmat Akademiyasının yaradılması da, bura daxildir”.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0