Mahir Məmmədov: “Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov kimi şahmatçıları komandaya cəlb etmək güclü maliyyə tələb edir”
18.04.2008 - 11:41
Bakı. Kənan Həsənov – APA-Sport. “Azərbaycanda şahmat klubunun yaradılması haqda iki ildir söhbət gedir. Özü də bu təklif ARDNŞ tərəfindən irəli sürülüb”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib. Federasiya rəsmisi bu məsələnin hələ də gündəmdə olduğunu qeyd edib: “Biz mütləq klub ideyasına qayıdacağıq. Komandanın adının nə olması vacib deyil. Əsas bu işə başlamaqdır. Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov kimi şahmatçıları komandaya cəlb etmək güclü maliyyə tələb edir. Bildiyiniz kimi, ARDNŞ hazırda futbola böyük diqqət yetirir. Amma biz digər idman növlərinə də dəstək göstərəcəyik”.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0