Aleksandr Rındin Rusiya çempionatının oyununda cəmi 2 dəqiqə 8 saniyə meydanda olub
18.04.2008 - 12:47
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycan basketbolçusu Aleksandr Rındinin şərəfini qoruduğu “Ural-Qreyt-2” klubu Rusiya çempionatında növbəti oyununu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, permlilər Moskvada yerli “ÇSKA-Trinta” ilə qarşılaşıb. İlk görüşdə rəqibini 83:77 hesabı ilə məğlub edən “Ural-Qreyt-2”, ikinci oyunda da qələbə qazanıb - 84:67. Permlilərin baş məşqçisi bu matçda daha çox ehtiyat basketbolçulara şans verdiyindən, A.Rındin meydanda olduğu 2 dəqiqə 8 saniyə ərzində xal toplaya bilməyib. Həmyerlimiz ilk oyunda isə 17 xal qazanıb. Keçirdiyi 46-cı oyunda 36-cı qələbəsini qazanan “Ural-Qreyt-2” klubu 82 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0