“Neftçi” Zaqatalada xal itkisi ilə üzləşib
20.04.2008 - 11:02
Əsgər Abdullayevin komandası səfərdə “Masallı”nı məğlub edib. “Olimpik”in ən yaxın izləyicisi “Neftçi” isə Zaqatalada yerli “Simurq”la görüşdə xal itkisinə məruz qalıb. Anatoli Demyanenkonun yetirmələri rəqibin müqavimətini qıra bilməyiblər. Bununla da, “Olimpik” xalını 53-ə çatdıraraq, zirvədəki mövqeyini möhkəmləndirib. “Neftçi” 47 xalla 2-ci pillədə qərarlaşıb. “Qarabağ” üzərində minimal hesablı qələbə sayəsində isə “İnter” üçüncü sıraya yüksəlib. Bu gün keçiriləcək “Standard” – “Xəzər-Lənkəran” və “Bakı” – “Karvan” oyunları ilə XXII tura yekun vurulacaq.
“Masallı” - “Olimpik” - 1:2
Boris Qonçarov, 24 – Bilal Veliya, 48; Samir Musayev, 53
“Simurq” - “Neftçi” - 0:0
“İnter” - “Qarabağ” - 1:0
Mahmud Qurbanov, 10
“Qəbələ” - ABN - 2:0
Vladimir Taranu, 44; Vitali Balamestnı, 60
“Gənclərbirliyi” - “Turan” - 1:1
İsmayıl Məmmədov, 27 – Vüsal Qarayev, 28
“Masallı” - “Olimpik” - 1:2
Boris Qonçarov, 24 – Bilal Veliya, 48; Samir Musayev, 53
“Simurq” - “Neftçi” - 0:0
“İnter” - “Qarabağ” - 1:0
Mahmud Qurbanov, 10
“Qəbələ” - ABN - 2:0
Vladimir Taranu, 44; Vitali Balamestnı, 60
“Gənclərbirliyi” - “Turan” - 1:1
İsmayıl Məmmədov, 27 – Vüsal Qarayev, 28
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0