Azərbaycanın stend atıcısı Dünya Kubokunda mübarizəni erkən dayandırıb
22.04.2008 - 10:10
Bakı. Aqşin Əliyev - APA-Sport. Çinin paytaxtı Pekində təşkil olunan stend atıcılığı üzrə Dünya Kuboku başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, yarışın son günündə Azərbaycan idmançısı Emin Cəfərov qüvvəsini sınayıb. O, təsnifat mərhələsində 125 mümkün xaldan 112-ni (24, 19, 23, 23, 23) toplayaraq, ilk “altılığ”a düşə bilməyib və bu səbəbdən mübarizəni erkən dayandırıb. Həmyerlimizin final mərhələsinə vəsiqə qazanması üçün 7 xal çatmayıb. Yekunda E.Cəfərov 97 nəfər arasında 42-ci yeri tutub. Dünya Kubokunun qalibi 144 xalla (120+24) yerli idmançı Ridonq Qu olub.
Qeyd edək ki, qadınların yarışında çıxış etmiş digər həmvətənimiz, Sidney Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Zemfira Meftahəddinova 25-ci pillədə qərarlaşmışdı.
Qeyd edək ki, qadınların yarışında çıxış etmiş digər həmvətənimiz, Sidney Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Zemfira Meftahəddinova 25-ci pillədə qərarlaşmışdı.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0