Azərbaycan milli komandası iki beynəlxalq turnirdə iştirak edəcək
22.04.2008 - 12:15
Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycanın qadınlardan ibarət həndbol üzrə milli komandası iki beynəlxalq turnirdə iştirak edəcək. Bu haqda “APA-Sport” agentliyinə Həndbol Federasiyasının rəsmisi İsgəndər Əsgərov məlumat verib. Onun sözlərinə görə, ukraynalı mütəxəssis Georgi Voronovun başçılıq etdiyi komandamız mayda Rusiyada təşkil olunacaq yarışa dəvət alıb. Həndbolçularımızın bundan sonra Ukraynada keçiriləcək analoji birincilikdə iştirakı da nəzərdə tutulub.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0