Azərbaycanın sərbəst güləş yığması Mahaçqalaya təlim-məşq toplantısına yollanacaq
                    
                    22.04.2008 - 14:12
                        
                    
                        
                        Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın sərbəst güləş üzrə mili komandası Rusiyanın Mahaçqala şəhərinə təlim-məşq toplantısına yollanacaq. Bu haqda “APA-Sport” agentliyinə Güləş Federasiyasında milli komandaların rəisi Yaqub Məmmədov məlumat verib. Onun sözlərinə görə, aprelin 25-də başlanacaq toplanışa 15 pəhləvan cəlb ediləcək. Onlar artıq 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş 6 güləşçi və yığmaya namizədlər olacaq. Pəhləvanlarımız 2-5 iyunda Sankt-Peterburqda keçiriləcək Rusiya çempionatına hazırlaşan dağıstanlı güləşçilərlə birgə məşqlərdə iştirak edəcəklər. Toplanışın yekununda yığmamızın baş məşqçisi Maqomedxan Aratsilov güləşçilərimizi 9 - 11 mayda Mahaçqalada keçiriləcək beynəlxalq turnirdə sınaqdan çıxaracaq.
                        
                    
                    
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                             
                                             
                                            