Azad Rəhimov: “Pekin olimpiadasına qazanılan lisenziyaların sayı məni qane etmir”
23.04.2008 - 16:32
Az öncə Bakıda qadınlardan ibarət otüstü yığmaları arasında başa çatan lisenziya xarakterli beynəlxalq turnirdə Azərbaycan yığmasının çıxışını dəyərləndirən A.Rəhimov hakimləri ittiham edib: “Finalda komandamızın qapısına təyin olunan son zərbə düzgün deyildi. Hakim də insandır, səhv edə bilər. Fikrimcə, finalda məğlub olaraq, lisenziya qazana bilməməyimizdə hakimlərin yol verdikləri xətaların müəyyən rolu var”. Nazir həmçinin idmançılarımızın Pekin olimpiadasına indiyədək qazandıqları lisenziyaların sayından narahatlığını bildirib: “Lisenziyaların hazırkı sayı məni qane etmir. Bu rəqəmin 40-dan artıq olmasını gözləyirəm”.
Qeyd edək ki, Azərbaycan idmançıları hələlik növbəti Yay Olimpiya Oyunlarına 33 lisenziya əldə ediblər.
Qeyd edək ki, Azərbaycan idmançıları hələlik növbəti Yay Olimpiya Oyunlarına 33 lisenziya əldə ediblər.
- Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
- Beynəlxalq Padel Kuboku start götürüb - FOTO
0
0