Azərbaycan sumoçuları Litvaya yollanacaq
24.04.2008 - 11:34
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın sumo üzrə milli komandası Litvanın Şyaulyay şəhərinə yollanacaq. Bu haqda “APA-Sport” agentliyinə yığmamızın baş məşqçisi Rüfət İsmayılov məlumat verib. Onun sözlərinə görə, sumoçularımız mayın 16-da start götürəcək beynəlxalq turnirə qatılacaqlar. Yarışda ölkəmizi 3 idmançı – Səlim Ələkbərov, Məhəmməd Hüseynzadə (hər ikisi 85 kq) və Rəşad Bağıyev (115 kq) təmsil edəcək. Turnir 3 gün davam edəcək.
- Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
- Beynəlxalq Padel Kuboku start götürüb - FOTO
0
0