Teymur Rəcəbov Pyotr Svidlerlə heç-heçə oynayıb
24.04.2008 - 17:40
Bakı. Kənan Həsənov – APA-Sport. Bakıda təşkil olunan şahmat üzrə Qran-Pri turniri çərçivəsində 4-cü turun oyunları başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandamızın lideri Teymur Rəcəbov hesabat turunda rusiyalı Pyotr Svidlerlə qarşılaşıb. Qara fiqurlarla oynayan qrossmeysterimiz müdafiə olunan rəqibini məğlub edə bilməyərək, 41-ci gedişdə heç-heçə ilə kifayətlənib. Xallarının sayını 2,5-ə çatdıran T.Rəcəbov liderlər qrupundakı mövqeyini möhkəmləndirib. Başa çatan digər oyunlarda rusiyalı Aleksandr Qrişuk amerikalı Qata Kamski ilə heç-heçə oynayıb, ingiltərəli Maykl Adams isə çexiyalı David Navaraya qalib gəlib.
- Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
- Beynəlxalq Padel Kuboku start götürüb - FOTO
0
0