Azərbaycanı Dünya Kubokunda 4 güllə atıcısı təmsil edəcək
25.04.2008 - 11:07
Bakı. Aqşin Əliyev - APA-Sport. Mayda keçiriləcək güllə atıcılığı üzrə Dünya Kubokunun növbəti mərhələlərində çıxış edəcək Azərbaycan yığmasının heyəti müəyyənləşib. Milli komandanın baş məşqçisi Vladimir Lunyovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, qarşıdakı yarışlarda 4 idmançımız qüvvəsini sınayacaq. Mayın 15-dən 22-dək Almaniyanın Münxen şəhərində baş tutacaq Dünya Kubokunda Ruslan Lunyov, Şükür Eyvazov, Nigar Bağırova və Mehriban Məcidova mübarizə aparacaq. Eyni heyət gələn ayın son ongünlüyündə İtaliyanın Milan şəhərində təşkil olunacaq analoji turnirdə də ölkəmizin şərəfini qoruyacaq. V.Lunyov Azərbaycanın ən titullu güllə atıcısı İradə Aşumovanın bu yarışlardan kənarda qalmasının səbəblərini də açıqlayıb. Baş məşqçi vurğulayıb ki, İ.Aşumova Pekin olimpiadasına lisenziya qazana bilmədiyi üçün Dünya Kubokuna aparılmayacaq.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0