Azərbaycan badmintonçuları Hollandiyada keçirilən beynəlxalq turnirdə uğursuzluğa düçar olublar
25.04.2008 - 13:23
Vateringen. Elşən Məmmədov-APA-Sport. Hollandiyanın Vateringen şəhərində badminton üzrə beynəlxalq turnirin startı verilib. “APA-Sport” agentliyinin məlumatına görə, 15 min dollar mükafat fonduna malik turnirdə çıxış edən Azərbaycan idmançıları Orxan Qələndərovla Kərim Musayev təsnifat mərhələsini adlaya bilməyiblər. Şəxsi yarışlarda yalnız O.Qələndərov qüvvəsini sınayıb. Lakin o, elə ilk görüşdəcə David Skoliersə (Belçika) 10:21, 9:21 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Qoşa mübarizədə O.Qələndərov – K.Musayev cütü təsnifat mərhələsinin ilk qarşılaşmasını dəf edə bilib. Səbəb Metyu Pol – Mat Veller (Almaniya) duetinin həmyerlilərimizlə görüşə çıxmaması olub. Lakin növbəti oyunda badminton cütlüyümüz Filipp Hengen – Robert Mann (Lüksemburq) duetinə uduzaraq, 1/16 final mərhələsinin bir addımlığında çıxışını dayandırıb – 13:21, 11:21.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0