Türkiyə Milli Olimpiya Komitəsinin rəsmisi “milliləşdirmə” prosesinə etiraz məqsədilə vəzifəsindən istefa verib
25.04.2008 - 16:16
İstanbul. Elgün Əlizadə - APA-Sport. Uzun müddətdir Türkiyə Milli Olimpiya Komitəsində (TMOK) məsul vəzifədə çalışan Sami Çölgeçen Pekin olimpiadasına yollanacaq milli komandaların heyətinə əcnəbi idmançıların cəlb olunmasına etiraz məqsədilə istefa verib. Bu barədə “APA-Sport” agentliyinin Türkiyə bürosuna Sami Çölgeçen özü məlumat verib. O, müxtəlif millətlərin nümayəndələrinin “milliləşdirilməsi” prosesini “acizlik” adlandırıb: “Alimitu Bekele, Volodimir Nikolayçuk, Dimitri Nazarenko, Sergey Sergeyev, Karim May, Svetlana Sudak, Jeng Zenk, Melek Hu... Adlarını sadaladığım idmançılar növbəti Yay Olimpiya Oyunlarında Türkiyənin şərəfini qoruyacaqlar. Bu, acizlik, öz-özünü aldatma və nəhayət, türk idmanının iflasıdır. Milli Olimpiya Komitəsi xərc çəkilib ölkəmizə gətirilən və ildırım sürəti ilə vətəndaşlıq statusu alan bu idmançılara görə məsuliyyət daşımır. Mənim üçün çox maraqlıdır: Sergey Sergeyev olimpiadada Türkiyə forması altında medal qazanarsa, xalqımız buna sevinməli, yoxsa ağlamalıdır?” Türkiyə idmanının dəyərlərinə hörmətsizlik etmək istəmədiyini deyən S. Çölgeçen TMOK rəhbərliyindən istefa ərizəsinin qəbulunu xahiş edib. Həmçinin, komitədə çalışmasının 25 illiyi münasibətilə verilmiş xidmət fərmanını və gümüş medalı geri qaytarıb.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0