Azərbaycan cüdoçuları Rusiyada keçirilən beynəlxalq turnirdə 1 qızıl və 1 bürünc medal qazanıblar
28.04.2008 - 13:58
Bakı. Aqşin Əliyev - APA-Sport. Rusiyanın Sankt-Peterburq şəhərində gənc oğlan və qızlar arasında təşkil olunan cüdo üzrə “A” kateqoriyalı beynəlxalq turnir başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanı 16 idmançı təmsil edib. İkigünlük mübarizə zamanı cüdoçularımızdan yalnız ikisi fəxri kürsüyə yüksələ bilib. Belə ki, 60 kq çəki dərəcəsində çıxış edən Sərxan Əhmədov qızıl medala layiq görülüb. Ötən il yeniyetmələr arasında Avropa çempionu titulunu qazanmış S.Əhmədov finalda yaponiyalı Musaşi Oquraya qalib gəlib. İlqar Müşkiyev (55 kq) isə öz çəkisində üçüncü yeri tutub. “Yubileynı” İdman Kompleksində keçirilən turnirdə iki xanım cüdoçumuz qüvvəsini sınasa da, mükafatçılar arasında yer almayıblar. Fərhad Məmmədovun rəhbərlik etdiyi kollektiv yarışdan sonra üçgünlük beynəlxalq təlim-məşq toplanışına qatılıb.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0