Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov Pekinə dəvət edilib
28.04.2008 - 16:35
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti, vergilər naziri Fazil Məmmədov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına dəvət edilib. Bu haqda «APA-Sport» agentliyinə AGF-nin rəsmisi Mətləb Abdullayev məlumat verib. Onun sözlərinə görə, F.Məmmədov Pekin Olimpiadasına Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının prezidenti Rafael Martinetti tərəfindən fəxri qonaq qismində çağırılıb.
Qeyd edək ki, avqustun 8-də start götürəcək Olimpiadaya ölkəmiz sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımız hələlik 11 lisenziya qazanıblar.
Qeyd edək ki, avqustun 8-də start götürəcək Olimpiadaya ölkəmiz sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımız hələlik 11 lisenziya qazanıblar.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0