Ceyhun Məmmədov yenidən Avropa Sambo Federasiyası İcraiyyə Komitəsinin üzvü seçilib
29.04.2008 - 10:43
Tbilisi. Elşən Məmmədov-APA-Sport. Gürcüstanın paytaxtı Tiflisdə Avropa Sambo Federasiyasının (ESF) hesabat-seçki konqresi keçirilib. Toplantıda Azərbaycanı təmsil edən Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov yenidən ESF-in İcraiyyə Komitəsinin üzvü seçilib. Bu haqda “APA-Sport” agentliyinə C.Məmmədovun özü məlumat verib. 7 qat dünya çempionunun sözlərinə görə, səsvermə hüququna malik 28 nəfər yekdilliklə onun namizədliyini dəstəkləyib. O, ESF İcraiyyə Komitəsinin 13 üzvündən biri olacaq.
Rusiya Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev isə yenidən ESF-in prezidenti seçilib. Bu, S.Yeliseyevlə mübarizə aparan Çexiya və Yunanıstan Sambo federasiyalarının başçıları Pavel Qrodnovla İliadis Merambinin namizədliklərini geri götürmələrindən sonra baş verib.
Qeyd edək ki, S.Yeliseyev həm də Beynəlxalq Həvəskar Sambo Federasiyasının (FİAS) vitse-prezidenti, C.Məmmədov isə FİAS İcraiyyə Komitəsinin üzvüdür.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0