Azərbaycan paytaxtında 2 mlrd. dollarlıq idman şəhərciyi tikiləcək
02.05.2008 - 09:36
«Yeni idman şəhərciyi Bakının Binə qəsəbəsində yerləşəcək. Tikinti işləri təxminən 300 hektar ərazidə aparılacaq ki, hazırda ilkin planlaşmaya başlanılıb. Şəhərciyin artıq 3 ildən sonra istifadəyə verilməsi nəzərdə tutulur. Layihə bütövlükdə 2 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir və onun reallaşması «Azersun Holding»in öz vəsaiti hesabına maliyyələşdiriləcək», - deyə şirkətdən bildirilib.
Holdinqdən həmçinin bildirilib ki, idman şəhərciyində qolf və tennis kortları, futbol meydançası («Qarabağ» futbol klubunun təlim-məşq bazası), trenajor zalı və bir sıra digər idman növləri üzrə sahələr yaradılacaq.
Qeyd edək ki, idman şəhərciyinin tikintisini xarici şirkət aparacaq və artıq may ayında «Azersun Holding» Şirkətlər Qrupu həmin şirkətlə danışıqların növbəti raundunu keçirəcək.

- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0