Dinarə Gimatova Bolqarıstanda Qran-Pri turnirində mübarizə aparacaq
02.05.2008 - 17:05
Bakı. Kənan Həsənov – APA-Sport. Sabah Bolqarıstanın Burqas şəhərində bədii gimnastika üzrə Qran-pri turnirinin V mərhələ yarışı start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, bu nüfuzlu yarışda ölkəmiz bir idmançı ilə təmsil olunacaq. İki gün davam edəcək Qran-pri turnirinin mükafatları uğrunda milli komandamızın üzvü, Pekin olimpiadasına lisenziya qazanan Dinarə Gimatova mübarizə aparacaq.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0