Vüqar Həşimov: “Şahmat elitasına Vüqar Həşimovun varlığını göstərmək istəyirdim və bunu bacardım”
06.05.2008 - 16:10
22 yaşlı beynəlxalq qrossmeyster bildirib ki, yarışda birinci yeri tutmasının sürpriz kimi dəyərləndirilməsi düzgün deyil: “Bu il iştirak etdiyim yarışlarda uğurla çıxış etmişəm. Öncə Fransada keçirilən beynəlxalq turnirdə qalib gəldim. Daha sonra Rusiyanın klublararası çempionatında bir sıra tanınmış şahmatçını məğlub etdim. Qran-Pri turniri də özümü təsdiqləmək üçün bir şans idi. Şahmat elitasına Vüqar Həşimovun varlığını göstərmək istəyirdim və bunu bacardım. Bir sözlə, çempionluğum sürpriz deyil, qanunauyğundur”. V.Həşimov Qran-Pri turnirinin digər mərhələlərində də mövqeyini qorumağa çalışacağını söyləyib: “Bakıdakı turnirin yekununa əsasən, xal hesabında üç liderdən biriyəm. İyulun 30-da Soçidə start götürəcək analoji yarışda da bu uğuru təkrarlamaq istəyirəm. Məqsədim turniri birinci yerdə başa vuraraq, dünya çempionluğu uğrunda görüşə vəsiqə qazanmaqdır”.
Qeyd edək ki, V.Həşimov Qran-Pri turnirinin qalibi kimi 24167 avro və 153,3 reytinq xalı qazanıb.
Qeyd edək ki, V.Həşimov Qran-Pri turnirinin qalibi kimi 24167 avro və 153,3 reytinq xalı qazanıb.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0