Altı dəfə olimpiya çempionu Viktor Korçnoy Bakıda keçiriləcək “Prezident kuboku” beynəlxalq şahmat festivalına qatılacaq
07.05.2008 - 12:59
İngiltərəli Naycel Şortla isveçrəli Viktor Korçnoy mayın 12-də start götürəcək açıq turnirə qatılacaqlarını təsdiqləyiblər. Ötən il də analoji turnirdə yarışan N.Şortdan fərqli, SSRİ milli komandasının heyətində 6 dəfə olimpiya, 5 dəfə Avropa çempionu olan və 70-dən çox beynəlxalq turnirdə qələbə qazanmış 77 yaşlı V.Korçnoy “Prezident kuboku” festivalında debüt edəcək. 85000 ABŞ dolları mükafat fondu olan festival İsveçrə sistemi ilə keçiriləcək və mayın 21-də yekunlaşacaq. Nüfuzlu açıq turnirin qalibi 7000 dollara, həmçinin kuboka sahib çıxacaq. Festival çərçivəsində uşaqlar, qadınlar, veteranlar yarışacaqlar, eləcə də blits turnirlər təşkil olunacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0