Azərbaycan boksçusunun adı Avropanın reytinq cədvəlindən çıxarılıb
07.05.2008 - 15:18
Bakı. Kənan Həsənov-APA-Sport. Avropa Həvəskar Boks Assosiasiyası yeni reytinq cədvəlini dərc edib. “APA-Sport” agentliyinin məlumatına görə, 11 çəki dərəcəsi üzrə açıqlanan siyahıda 20 ən güclü boksçu yer alıb. Azərbaycan milli komandasının üzvləri cəmi üç çəkidə təmsil olunmayıblar. Ən aşağı çəkidə (48 kq) bir pillə geriləyən Ceyhun Abıyev 20-ci yeri tutub. 51 kq çəki dərəcəsində Afina Olimpiadasının bürünc mükafatçısı, karyerasını başa vuran Fuad Aslanov 5-ci sıradakı mövqeyini qoruyub. 54 kq çəki dərəcəsində, Pekin olimpiadasına lisenziya qazanan Samir Məmmədov ötən ay olduğu kimi yenə ikinci olub ki, bu da təmsilçilərimiz arasında ən yüksək göstəricidir. Bu çəkidə yeganə dünya çempionumuz Ağası Məmmədov bir pillə geriləyib və hazırda 9-cu sıradadır. Pekin Olimpiadasına vəsiqə qazanan sonuncu boksçumuz Şahin İmranovun da mövqeyində dəyişiklik olub. Bir pillə geriləyən yığmanın kapitanı 57 kq çəki dərəcəsində 6-cı yerdədir. Hərəyə bir pillə geriləyən Romal Amanov (60 kq) 15-ci, Fərhad Acalov (64 kq) 17-ci yeri tutub. Lisenziya xarakterli beynəlxalq turnirlərdə uğursuz çıxış edən Emil Məhərrəmovun (64 kq) adı isə siyahıdan çıxarılıb. Milli komandamızın digər üzvlərindən Rahib Bəylərov (75 kq) 6-cı, Elçin Əlizadə (91 kq) 5-ci pilədəki yerlərini qoruyublar. Boksçularımız 69, 81 və +91 kq çəki dərəcələri üzrə açıqlanan siyahıda yer almayıblar.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0