Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələlərinə qatılacaq
07.05.2008 - 17:58
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın reqbi üzrə yığma komandası 2008-ci il Avropa çempionatının seçmə mərhələlərində iştirak edəcək. «APA-Sport» agentliyinin məlumatına görə, millimiz əvvəlcə Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunacaq qitə birinciliyinin IV seçmə mərhələsində qüvvəsini sınayacaq. İki gün davam edəcək turnirdə yığmamız Moldova, Ukrayna, Latviya və Yunanıstanla görüşəcək. Bundan sonra reqbiçilərimiz Rusiyanın paytaxtı Moskvaya yollanacaqlar. İyunun 28-də start götürəcək VII seçmə mərhələnin qarşılaşmalarında komandamızın rəqibləri Ukrayna, Rusiya, Norveç və Litva olacaq. Yarış iki gün davam edəcək.
Qeyd edək ki, cəmi 7 mərhələdən ibarət qitə birinciliyində ən yaxşı nəticə göstərən 11 ölkə millisi 12-13 iyulda Almaniyanın Hannover şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, cəmi 7 mərhələdən ibarət qitə birinciliyində ən yaxşı nəticə göstərən 11 ölkə millisi 12-13 iyulda Almaniyanın Hannover şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0