Fiziki qüsurlu taekvondoçuların ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
08.05.2008 - 10:11
Bakı. Aqşin Əliyev-APA-Sport. Fiziki qüsurlu taekvondoçular arasında ilk dünya çempionatı 2009-cu ildə Azərbaycanda təşkil ediləcək. Bu barədə “APA-Sport” agentliyinə Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayev məlumat verib. Onun sözlərinə görə, bu qərar Dünya Taekvondo Federasiyasının Türkiyənin İzmir şəhərində keçirilən Baş Assambleyasının toplantısında qəbul olunub: “Yığıncaqda ölkəmizlə bağlı iki sevindirici qərar çıxarıldı. Beynəlxalq federasiya böyüklər arasında Dünya Kubokunun və paralimpiyaçıların ilk dünya çempionatının təşkilatçılıq hüququnu bizə verdi. Bu yarışlar gələn il paralel şəkildə keçiriləcək”. F.Musayev onu da əlavə edib ki, yarışın konkret tarixi daha sonra müəyyənləşdiriləcək.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0