Azərbaycan cüdoçuları Mahaçqalada keçirilən beynəlxalq turnirdə iki medal qazanıblar
08.05.2008 - 11:09
Bakı. Aqşin Əliyev-APA-Sport. Rusiyanın Mahaçqala şəhərində 23 yaşadək oğlanlar və qızlar arasında cüdo üzrə beynəlxalq turnir keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanın şərəfini Rəşid Şəmizadə (56 kq) və Samir İsmayılov (81 kq) qoruyublar. Baş məşqçi Rauf Vəliyevin rəhbərliyi altında turnirə hazırlaşmış Bakının “İnter” klubunun yetirmələri turnirdə uğurlu çıxış ediblər. Belə ki, R.Şəmizadə bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər cüdoçumuz da vətənə mükafatla dönüb. Adətən 73 kq-da mübarizə aparan S.İsmayılov çəkisini dəyişməsinə baxmayaraq, bürünc medala layiq görülüb.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0