Gənclər arasında güləş üzrə beynəlxalq turnirdə yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandası iki medal qazanıb
10.05.2008 - 11:30
İstanbul. Elşən Məmmədov - APA-Sport. Türkiyənin İstanbul şəhərində gənclər arasında güləş üzrə beynəlxalq turnirə start verilib. «APA-Sport» agentliyinin məlumatına görə, 16 ölkənin qatıldığı yarışda iştirak edən Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası turnirin ilk günündə iki medal qazanıb. Belə ki, 50 kq çəkidə mübarizə aparan Taleh Məmmədov qızıl medala sahib çıxıb. Digər təmsilçimiz Tural Hüseynov (66 kq) isə bürünc medalla kifayətlənib. Turnirə sabah yekun vurulacaq.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0