Azərbaycan gimnastları dünya kubokunda medal qazana bilməyiblər
12.05.2008 - 10:42
Bakı. Kənan Həsənov - APA-Sport. Fransanın Korbey-Esson şəhərində bədii gimnastika üzrə dünya kubokunun V mərhələ yarışı keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, ölkəmizi bu nüfuzlu turnirdə Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanan Aliyə Qarayeva ilə yanaşı, Anna Qurbanova və Zeynəb Cavadlı təmsil edib. Yarışın birinci günündə çoxnövçülkdə mübarizə aparan həmyerlilərimiz fəxri kürsüyə yüksələ bilməyiblər. Gimnastlarımız ayrı-ayrı növlər üzrə birincilikdə də uğursuz çıxış edərək dünya kubokunu medalsız başa vurublar.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0