Sabah futzal üzrə Azərbaycan kuboku uğrunda yarış start götürəcək
13.05.2008 - 13:00
Bakı. Aqşin Əliyev - APA-Sport. Sabah futzal üzrə XIV Azərbaycan kuboku uğrunda yarışa start veriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, turnir iki mərhələdən ibarət olacaq. İlkin mərhələdə 8 klub 2 qrupda dairəvi sistemlə qüvvəsini sınayacaq. Püşkün nəticəsinə əsasən, “Qarabağ veteranları”, “Karasu”, TT və “Ekol” A, “İnteqral”, “Araz”, DST və “Olimp” B qrupunda yer alıb. Sabah Bakı İdman Sarayında birinci tur çərçivəsində iki oyun baş tutacaq. “Qarabağ veteranları” “Ekol”u (saat 17:30), “İnteqral” isə “Olimp”i (saat 19:00) sınağa çəkəcək. Birinci turun digər qarşılaşmaları mayın 16-na təyin olunub. Qrup mərhələsində ilk iki yeri tutacaq kollektivlər yarımfinala vəsiqə qazanacaqlar.
- Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
- Beynəlxalq Padel Kuboku start götürüb - FOTO
0
0