Azərbaycanın iki pauerliftinqçisi Avropa çempionu olub
14.05.2008 - 12:43
Bakı. Aqşin Əliyev - APA-Sport. Çexiyanın Nove Bor şəhərində kişi və qadınlar arasında pauerliftinq üzrə Avropa çempionatı start götürüb. Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, qitə birinciliyində ölkəmizin şərəfini 8 idmançı qoruyur. Yarışın ilk günü milli komandamız üçün uğurlu alınıb. Belə ki, turnirə qatılan yeganə xanım atletimiz Rəna Əliyeva (56 kq) 410 kq-lıq nəticə ilə Avropa çempionu titulunu qazanıb. Eyni zamanda, Yalçın Bağırov (67,5 kq) da qızıl medala layiq görülüb. Digər pauerliftinqçilərimiz qarşıdakı günlərdə podiuma çıxacaqlar. Qitə birinciliyi mayın 18-də yekunlaşacaq.
Qeyd edək ki, R.Əliyeva Avropa çempionu olan ikinci qadın pauerliftinqçi kimi Azərbaycan idman tarixinə düşüb. Bir neçə il öncə bu uğura Alisa Salahova da imza atmışdı.
Qeyd edək ki, R.Əliyeva Avropa çempionu olan ikinci qadın pauerliftinqçi kimi Azərbaycan idman tarixinə düşüb. Bir neçə il öncə bu uğura Alisa Salahova da imza atmışdı.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0