Qurban Qurbanov Moldovada keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb
14.05.2008 - 16:18
Tiraspol. Elşən Məmmədov-APA-Sport. Moldovanın Tiraspol şəhərində keçirilən boks üzrə gənclər arasında beynəlxalq turnirə yekun vurulub. “APA-Sport” agentliyinin Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yarışda Moldova, Rumıniya, İsrail və Azərbaycanın ümumilikdə 100-dən çox dəri əlcək sahibi qüvvəsini sınayıb. Ölkəmizi təmsil edən 7 boksçudan 5-i qızıl, 2-si isə gümüş medal qazanıb. Belə ki, Qurban Qurbanov (48 kq), İlkin Ağayev (54 kq), Elvin Əliyev (57 kq), Qismət Eynullayev (60 kq), Anar Cəfərov (64 kq) I yeri tutub. Fərid Mövsümov (69 kq) və Malik Məmmədzadə (81 kq) isə ikinci yerə sahib çıxıblar. İ.Ağayev həm də turnirin ən yaxşı boksçusu kimi xüsusi mükafata layiq görülüb.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0