Azərbaycan yığması İrana 10 güləşçi ilə gedir
15.05.2008 - 13:23
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandasının mayın 22-də İranın Arak şəhərində start götürəcək beynəlxalq turnirə yollanacaq heyəti müəyyənləşib. Bu haqda «APA-Sport» agentliyinə millimizin baş məşqçisi Arif Abdullayev məlumat verib. Onun sözlərinə görə, iki gün davam edəcək turnirdə ölkəmiz 8 mümkün çəki dərəcəsindən 7-də 10 pəhləvanla təmsil olunacaq. Yarışın ilk günündə döşək üzərinə Xanlar Şirəliyev (50 kq), Ramil Ələkbərov, Ağəli Ramazanov, Etimad Qurbanov (hər üçü 60 kq), Pərviz Məmmədov (74 kq) və Səbuhi Məmmədov (96 kq) çıxacaqlar. Ertəsi gün isə mübarizəyə Yaşar Əliyev, Məhəmmədəli Binnətov (hər ikisi 55 kq), Cəbrayıl Həsənov (66 kq) və Raman Bəkirov (84 kq) qoşulacaq.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0