Kikboksinq üzrə Azərbaycan çempionatı Ağdamın Quzanlı kəndində keçiriləcək
15.05.2008 - 14:30
Bakı. Elşən Məmmədov-APA-Sport. Sabah Ağdamın Quzanlı kəndində kikboksinq üzrə yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı start götürəcək. Bu haqda «APA-Sport» agentliyinə Kikboksinq Federasiyasının vitse-prezidenti Oqtay Mehdiyev məlumat verib. Onun sözlərinə görə, ölkə birinciliyinə ümumilikdə 250-dən çox idmançı qatılacaq. O.Mehdiyev yarışın paytaxtdan kənarda keçirilməsini bölgələrdə bu növə marağı daha da artırmaq istəkləri ilə izah edib. Çempionata mayın 18-də yekun vurulacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0