Teymur Rəcəbov “M-Tel Masters” superturnirində ilk qələbəsini qazanıb
16.05.2008 - 10:03
Bakı. Kənan Həsənov - APA-Sport. Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan şahmat üzrə “M-Tel Masters” superturnirində VII turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, ardıcıl altı oyunda qələbə qazana bilməyən Teymur Rəcəbov tilsimi sındırıb. 21 yaşlı beynəlxalq qrossmeysterimiz ağ fiqurlarla turnirin autsayderi Bu Xianqzini (Çin) məğlub edib. Digər görüşlərdə Veselin Topalov (Bolqarıstan) Vasili İvançukla (Ukrayna), Levon Aronyan (Ermənistan) İvan Çeparinovla (Bolqarıstan) heç-heçə oynayıb. Hesabat turundan sonra turnir cədvəlinə 6 xalla V.İvançuk başçılıq edir. V.Topalov 5, İ.Çeparinovla T.Rəcəbov 3,5, L.Aronyan 2, B.Xianqzi 1 xal toplayıb.
Bu gün VIII tur çərçivəsində B.Xianqzi - V.İvançuk, V.Toplaov – İ.Çeparinov, L.Aronyan - T.Rəcəbov oyunları keçiriləcək.
Bu gün VIII tur çərçivəsində B.Xianqzi - V.İvançuk, V.Toplaov – İ.Çeparinov, L.Aronyan - T.Rəcəbov oyunları keçiriləcək.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0