Camal Rəhimov Pekin Olimpiadasına iki at aparacaq
16.05.2008 - 16:31
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycan çaparı Camal Rəhimovun lisenziya qazandığı 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına atını necə aparacağına hələ tam aydınlıq gəlməyib. Bu haqda “APA-Sport” agentliyinə Pekin Olimpiadasında Azərbaycanın şef de-missionu, Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov deyib. Onun sözlərinə görə, C.Rəhimovun Yay Olimpiya Oyunlarında çıxış edəcəyi atlar artıq müəyyənləşib: “Hələlik bizim iki atımız var. Bunlar idmançımızın lisenziyalı turnirlərdə yarışdığı atlardır. Olimpiada çərçivəsində at yarışları ərəfəsində onlardan hansına üstünlük veriləcəyinə aydınlıq gələcək”.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0