Azərbaycan gimnastı İtaliyada iki gümüş medal qazanıb
16.05.2008 - 18:17
Bakı. Kənan Həsənov - APA-Sport. İtaliyanın Çieti şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. “APA-Sport” agentliyinin Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, turnirdə ölkəmizi Samirə Mustafayeva təmsil edib. Yeniyetmələrin birinciliyində mübarizə aparan həmyerlimiz iki gümüş medal qazanıb. S.Mustafayeva halqa və topla hərəkətlərdə ikinci yeri tutub. Turnirdə 13 ölkədən 30 bədii gimnast çıxış edib.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0