Azərbaycan samboçusu Orxan Cəlalov Avropa çempionu olub
17.05.2008 - 12:48
Bakı. Aqşin Əliyev - APA-Sport. Belarusun Brest şəhərində yeniyetmə və gənclər arasında sambo üzrə Avropa çempionatı başlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, qitə birinciliyinə Azərbaycanın 15 idmançısı qatılıb. Çempionatın birinci günündə həmyerlilərimiz 4 medal qazanıblar. Yeniyetmələrin mübarizəsində Orxan Cəlalov (48 kq) bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutub. Bu yaş kateqoriyasında daha bir idmançımız Azər Ağayev (75 kq) bürünc medala layiq görülüb. Baş məşqçi Mübariz İbrahimovun digər yetirmələrindən Mirələm Ağamirov (82 kq) və Yaşar Abbasov (62 kq) da fəxri kürsüyə yüksəliblər. Gənclərin yarışında çıxış edən bu samboçular müvafiq olaraq, gümüş və bürünc medala yiyələniblər. Avropa çempionatı mayın 19-da başa çatacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0