Azərbaycan bodibildinqçisi Vüqar Verdiyev Avropa çempionu olub
19.05.2008 - 12:35
Bakı. Aqşin Əliyev - APA-Sport. İspaniyanın Platya D’aro şəhərində bodibildinq üzrə Avropa çempionatı keçirilib. Azərbaycan Bodibildinq Federasiyasından “APA-Sport” agentliyinə verilən məlumata görə, yarışda ölkəmizin 3 idmançısı Vüqar Verdiyev, Həmid Keşani (hər ikisi 90 kq) və klassik bodibildinqçi Fərhad Quliyev (170 sm-dək) çıxış edib. Yığma üzvlərindən ən uğurlu nəticəni V.Verdiyev göstərib. Bütün rəqiblərindən çox xal toplayan atletimiz Avropa çempionu tituluna yiyələnib. Digər iki idmançımız da ilk “altılığ”a düşdüyündən mübarizəni final mərhələsində davam etdirib. Lakin həm F.Quliyev, həm də milli komandamızın debütantı H.Keşani 5-ci yerlə kifayətlənib. Azərbaycan Bodibildinq Federasiyasının prezidenti və yığmamızın baş məşqçisi Rauf Bünyadəliyevin rəhbərlik etdiyi kollektiv sabah vətənə dönəcək.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0