Azərbaycan qılıncoynadanı reytinq cədvəlində 188-ci pillədə qərarlaşıb
20.05.2008 - 10:40
Bakı. Kənan Həsənov - APA-Sport. Beynəlxalq Qılıncoynatma Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, siyahıda yer alan Azərbaycanın sablya üzrə milli komandasının üzvlərinin mövqeyində dəyişiklik qeydə alınıb. İdmançılarımızdan ən yaxşı göstərici yenə Janna Muradqızına məxsusdur. Komandamızın rusiyalı legioner 22 xalla 86-cı sıradakı yerini qoruyub. Pekin olimpiadasına yollanmağa namizəd Səbinə Əmrahzadə iki pillə irəliləyib və 16 xalla 108-ci yeri tutub. Üç pillə irəliləyən Sevil Bünyatova (10 xal) 132-ci, cəmi bir pillə yüksələn Aidə Ələsgərova (4 xal) 188-ci olub. Milli komandamızın mövqeyində isə dəyişiklik qeydə alınmayıb. Hesabında 148 xal olan yığmamız 33 komandanın sıralamasında 15-ci yeri tutub.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0