Azərbaycan güləşçiləri Olimpiya lisenziyalı turnirə baş məşqçisiz yollanacaqlar
20.05.2008 - 11:12
Bakı. Elşən Məmmədov-APA-Sport. Sabah Azərbaycanın yunan-Roma güləşçiləri 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli II təsnifat turnirində çıxış etmək üçün Serbiyanın Novi Sad şəhərinə yollanacaqlar. Bu haqda “APA-Sport” agentliyinə Güləş Federasiyasında milli komandaların rəisi Yaqub Məmmədov məlumat verib. Onun sözlərinə görə, mayın 23-də start götürəcək turnirdə Şalva Qadabadze (84 kq) və Aydın Səfərov (96 kq) yığmamızın Pekin Olimpiadasına indiyədək vəsiqə qazana bilmədiyi 2 çəki dərəcəsində mübarizə aparacaqlar. İdmançılarımız Pekinə yollanmaq üçün son lisenziya turnirində öz çəkilərində ilk «üçlüy»ə düşməlidirlər. Turnirin ilk günündə yığmamızın gürcüstanlı legioneri döşək üzərinə çıxacaq. Mayın 24-də isə digər pəhləvanımız qüvvəsini sınayacaq. Ş.Qadabadze və A.Səfərov yarışa məşqçi Bəhram Mürvətovun rəhbərliyi altında gedəcəklər. Millimizin baş məşqçisi Elçin Cəfərov isə Bakıda qalaraq, indiyədək lisenziyanı təmin etmiş 5 «klassik» güləşçimizin hazırlığı ilə məşğul olacaq.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0