Azərbaycan İsraildə keçiriləcək Qran-Pri turnirində geniş tərkibdə təmsil olunacaq
20.05.2008 - 13:01
Bakı. Kənan Həsənov - APA-Sport. Mayın 23-də İsrailin Holon şəhərində bədii gimnastika üzrə Qran-Pri turnirinin növbəti mərhələ yarışı start götürəcək. “APA-Sport” agentliyinin Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, ölkəmiz bu nüfuzlu yarışda geniş tərkibdə təmsil olunacaq. Fərdi birincilikdə Pekin olimpiadasına lisenziya qazanan Dinarə Gimatova və Aliyə Qarayeva, həmçinin, Anna Qurbanova ilə Zeynəb Cavadlı çıxış edəcəklər. Mayın 25-də başa çatacaq Qran-pri turnirində Pekində mübarizə aparmaq hüququ qazanan qrup hərəkətləri üzrə milli komandamızın da iştirakı nəzərdə tutulub.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0