Azərbaycan sambo yığması Moskvaya gedir
20.05.2008 - 15:28
Moskva. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın sambo yığması Rusiyanın paytaxtı Moskvaya yollanacaq. Komandamız Anatoli Xarlampiyevin xatirəsinə keçiriləcək Dünya kubokunun mərhələ yarışında çıxış edəcək. Bu haqda «APA-Sport» agentliyinə millimizin baş məşqçisi Mübariz İbrahimov məlumat verib. Onun sözlərinə görə, iyunun 7-də start götürəcək turnirdə ölkəmiz yalnız idman sambosu növündə təmsil olunacaq. Yarış iki gün davam edəcək.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0