Azərbaycan şahmatçısı İspaniyada keçirilən turnirə xal itkisi ilə başlayıb
21.05.2008 - 16:58
Bakı. Kənan Həsənov - APA-Sport. İspaniyanın Mostoles şəhərində beynəlxalq şahmat turnirinə start verilib. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanın şərəfini beynəlxalq qrossmeyster Azər Mirzəyev qoruyur. Turnirin reytinq favoriti olan həmyerlimiz ilk oyunda xal itkisinə məruz qalıb. A.Mirzəyev qara fiqurlarla meydan sahibi Dionasio Fernandes Toranzo ilə heç-heçə edib. Təmsilçimiz bu gün II tur çərçivəsində Xoakin Gil Qrandeni (İspaniya) sınağa çəkəcək. Mayın 30-da yekunlaşacaq yarışda 81 şahmatçı mübarizə aparır.
Qeyd edək ki, A.Mirzəyev az öncə İspaniyada təşkil olunmuş analoji turnirdə birinci yeri tutub.
Qeyd edək ki, A.Mirzəyev az öncə İspaniyada təşkil olunmuş analoji turnirdə birinci yeri tutub.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0